Mojo.az Banner
18:59 Məzuniyyətə çıxanlar üçün vacib xəbər - Video  |     18:50 Bakıda obyekt səkini zəbt edib - Video  |     18:45 Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü  |     18:37 BVF Ermənistana 25 milyon dollarlıq kredit ayırdı  |     18:25 “Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər?  |     18:22 DTX-ın həbs etdiyi Saleh Səmədov İFADƏ VERDİ  |     18:12 Serbiya Prezidenti Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib  |     18:08 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     18:00 Bakı Zooloji Parkında yeni doğulan pələng balaları ziyarətçilərin marağına SƏBƏB OLDU - Video  |     17:49 Filippindəki zəlzələdə ölənlərin sayı 53-ə çatıb  |     17:46 Bakının bəzi ərazilərində qaz olmayacaq  |     17:40 Rekord istiliklə keçən may daha isti illərin xəbərçisi ola bilər  |     17:29 Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır  |     17:23 Hacıqabulda açıq ərazidə yanğın baş verib  |     17:14 Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarıldı - Video  |     17:10 Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər  |     17:00 Yeniyetmənin ölümündə təqsirləndirilən şəxsə 15 il həbs verildi  |     16:47 Bayram günlərində qatarların iş rejimində dəyişiklik olacaq  |     16:43 SSRİ xalq artisti Lyudmila Çursina vəfat edib  |     16:38 Samirə Quliyeva vəzifədən getdi  |    
Left Banner
Right Banner

Nəsimi Paşayev: Metroda buna nail olmasa, gedib özünü körpüdən atacaq

09.01.2018 13:25 2 070
Nəsimi Paşayev: Metroda buna nail olmasa, gedib özünü körpüdən atacaq
Dünən bir gün ərzində iki gənc intihar edib.

İntiharın biri bulvarda baş verib. Digər hadisə metroda olub. 22 yaşlı gənc özünü qatarın altına atıb. Qatar gəncin üstündәn keçәrәk, onu iki yerә bölüb. Dünən baş vermiş intihar bu il “Bakı metropoliteni”ndə ilk olsa belə, keçən il ərzində bir neçə oxşar hadisə baş vermişdi.

Bildirmək istərdik ki, bir sıra xarici ölkələrdə metroda relslərlə platforma arasında sədd var. Qatar stansiyaya daxil olandan sonra xüsusi mexanizm işə düşür, səddə qapılar açılır, sərnişinlər qatara rahat daxil olar bilirlər. Misal üçün Pekin (Çin) və Sank-Peterburqda belə bir mexanizm fəaliyyətdədir.

Nəsimi Paşayev: Metroda buna nail olmasa, gedib özünü körpüdən atacaq


Bu tipli stansiyalarda sərnişinlərin relslərin üstünə düşməsi, yaxud intihar məqsədilə qatarın altına tullanması mümkün deyil.

Bəs Bakı metrosunda intiharların qarşısı almaq üçün hansı işlər görülür?

Məsələ ilə bağlı “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bizdə belə bir mexanizmin qurulması mümkün deyil:



“Hər yerdə belə bir mexanizm yoxdur. O, çox mürəkkəb mexanizmdir və stansiya layihələrində nəzərdə tutulmalıdır. Bizim stansiyalar 60-70-ci illərdə tikilib, o vaxt belə bir texnologiya olmayıb. Hal-hazırda dünyanın əksər metrostansiyalarında dediyiniz mexanizm yoxdur”.



N.Paşayev hesab edir ki, intiharların qarşısını almaq maarifləndirmə yolu ilə mümkündür:

“Metroda intihar hadisələri ilə mübarizə üçün hər hansı işlərin görülməsi nəzərdə tutulmur. Gün ərzində metrodan 700 min insan istifadə edir, hər adama bir nəfər ayırıb, yaxud hər kəs üçün hasar inşa edə bilmərik. İnsanın intihar üçün seçdiyi yeri öncədən müəyyənləşdirmək çox çətindir. O, metroda buna nail olmasa, gedib özünü körpüdən atar, tövlədən özünü asar. İnsanları maarifləndirib intihardan vaz keçirmək lazımdır”.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, metroda intihar edən şəxs özündən başqalarına da zərər vurur: “Dünən bir nəfər özünü Xəzər dənizinə atıb. Metroda baş verən intihar hadisələri ümumi intiharların sayı ilə müqayisədə cüzidir”./oxu.azскачать dle 11.3
Mojo.az Banner