Mojo.az Banner
13:11 Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI  |     13:10 Ermənistanda "Qazprom"un dörd əməkdaşı həbs edildi  |     13:08 Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı  |     13:04 ABŞ-İran gərginliyi ilə bağlı SENSASİON açıqlama  |     12:57 Dünya bazarında neft qiymətləri necədir?  |     12:49 Klublarımız pley-offa adladılar: Azərbaycanın UEFA reytinqində yeri dəyişdimi?  |     11:39 Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI - Video  |     11:33 Azərbaycan nefti ucuzlaşıb  |     11:32 Gəncədə "Changan" piyadanı vurub öldürdü  |     11:32 Zaqatalada avtomobil aşıb: Xəsarət alanlar var  |     11:14 Bir gündə 11 diş implantı qoyuldu, həyatını itirdi: Cənubi Koreyada 75 yaşlı qadının FACİƏSİ  |     11:13 Ermənistanda keçmiş deputat həbs edildi  |     11:12 "Barselona"nın hücumçusu PSJ-yə keçəcək  |     10:50 Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |    
Left Banner
Right Banner

“Qəbələ” Hollandiya klubuna futbolçu satdı

05.01.2018 13:49 4 771
“Qəbələ” Hollandiya klubuna futbolçu satdı
“Qəbələ” hollandiyalı müdafiəçisi Deyv Bultöyslə yollarını ayırıb.

Müdafiəçi Hollandiyanın “Heerenveen” klubuna keçib.

“Qəbələ” yayda azad agent kimi heyətinə qatdığı oyunçunun gedişindən pul da qazanacaq. "Qırmızı-qaralar” "Heerenveen”dən 300 min avro tələb etsə də, qarşı tərəfin cəhdləri nəticəsində bundan nisbətən az məbləğə razılaşma əldə edilib.

“Heerenveen”lə 2.5 illik müqaviləyə imza atmış futbolçu keçidi ilə bağlı yerli mediaya ilk açıqlamalarını da verib:

“Yenidən Hollandiyaya döndüyüm üçün çox şadam. Təkrar diqqət mərkəzində olmaq və öz oyunumu göstərmək istəyirəm. Bunu Almaniyada – “Nürnberq”də bacarmışdım, bu dəfə də bacaracağıma inanıram. “Heerenveen” yayda mənimlə maraqlansa da, onda keçid alınmamışdı. Bu qərarım isə ailəm üçün də xoş oldu”.

Qeyd edək ki, peşəkar karyerasına Hollandiyada – “Utrext”də başlayan Deyv Bultöys 4 mövsüm vətənində çıxış etdikdən sonra “Nürnberq”lə anlaşıb. Alman klubu futbolçunun “Qəbələ”dən öncəki son komandası olub.скачать dle 11.3
Mojo.az Banner