Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA

23.09.2026 16:00 261
Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA
İşsiz və işaxtaran şəxslərin kiçik biznes quraraq gəlir əldə etməsinə imkan yaradan özünüməşğulluq proqramı genişləndirilir. Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi proqram çərçivəsində indiyədək ölkə üzrə 115 mindən çox şəxs kiçik biznes qurmaq üçün dəstəklənib. Regionlarda isə 93 min nəfər üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Bəs bu təsərrüfatların nə qədəri uzunmüddətli fəaliyyət göstərə bilir? Özünüməşğulluq proqramı ilə yaradılan kiçik bizneslərin gəlir və məşğulluğa real təsiri nə qədərdir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib:

"Hökumət özünüməşğulluq proqramını ölkədə ünvanlı dövlət sosial yardıma ehtiyacı olanların sayının azaldılması üçün yaradıb. Dövlətin hamını işlə təmin etmək imkanı yoxdur. Ona görə də özünüməşğulluq problemi dövlət tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə ortaya qoyulan, çox gözəl məqsəd daşıyan layihədir. Burada işsiz hesab olunan müəyyən şəxslər, biznes qurmaq istəyənlər və s. müəyyən məşğulluq baxımından işlə təmin oluna biləcək".

İqtisadçının sözlərinə görə, bu proqramın hansı keyfiyyətdə və hansı mexanizmdə yerinə yetirilməsi ayrıca bir mövzudur. Lakin bu proqram özlüyündə gözəl bir məqsədə xidmət edir.

"Əhalinin müəyyən qismi işlə təmin oluna bilmir. Onların təhsil səviyyəsi, bacarığı, iş qabiliyyəti müasir standartlara cavab vermir. Və işçiyə, müəyyən ixtisaslı kadrlara ehtiyacı olan şəxsləri məşğulla cəlb etmək əsas məqsədlərdəndir", — deyə iqtisadçı əlavə edib.

Pərviz Heydərov qeyd edib ki, proqramın uzunmüddətli olması barədə statistikanın olub-olmadığı məlum deyil. Amma onların bir qisminin proqram çərçivəsində keyfiyyətsiz mal-qara ilə təmin olunması sarıdan və yaxud da subyektiv amillər baxımından belə faktlar var.

Real təsirlərə toxunan mütəxəsis vurğulayıb:

"Real təsirlər çox azdır. Ortada statistika olmadığı üçün real təsirləri qiymətləndirmək çətindir. Hələlik çox təəssüflər olsun ki, özünüməşğulluq proqramı imkanlar daxilində fəaliyyət göstərən təsərrüfatların heç də hamısı uğurlu nəticələr vermir. Və ölkədə məşğulluq səviyyəsinə ciddi, real təsir baxımdan konkret nəticə ortaya qoymur".

Buna səbəb olan başqa problemlərdən də bəhs edən iqtisadçı sonda deyib:

"Əhalinin sayının artması, məşğulluq bazarına 100 min nəfər işçi qüvvəsinin daxil olması kimi səbəblər də özünü göstərir. İnstitutlar hər il məzun buraxır. O institutlar məzunların iş tapıb-tapmaması ilə heç maraqlanmır da. Çünki ortada təyinat yoxdur. Bazarın ümidinə buraxılır... Bu barədə ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin heç biri konkret olaraq məsuliyyət daşımır. Bununla yanaşı universitet oxumayan 10 minlərlə gənc var. Onlar əmək qabiliyyətli olsa da iş yeri tapa bilmir. Onlar bəzən ölkədən kənara çıxır, Rusiya bazarına üz tuturlar. Lakin indi Rusiya da cəlbedici deyil. Türkiyə, Yaxın Şərq kimi ölkələrdə də Rusiya kimi imkanlar var. Bu gənclərin çoxu işsizliyə görə qeydiyyatda da deyil".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner