Mojo.az Banner
19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

02.09.2026 22:22 282
Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?
Azərbaycanda işçi qüvvəsinin ən böyük hissəsini 30-39 yaş aralığında olan şəxslər təşkil edir.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkədə işçi qüvvəsinin ümumi sayı 5 milyon 384,3 min nəfər olub.

Onların 5 milyon 105,2 min nəfərini məşğul, 279,1 min nəfərini isə işsiz əhali təşkil edib. Beləliklə, ümumi işçi qüvvəsinin 94,8 faizi məşğul, 5,2 faizi isə işsiz olub.

Statistikaya görə, işçi qüvvəsinin ən böyük hissəsi 30-34 yaşlı şəxslərin payına düşür. Bu yaş qrupunda 803,4 min nəfər işçi qüvvəsi olub. Bu, ümumi işçi qüvvəsinin 14,9 faizinə bərabərdir.

Onların 769,6 min nəfəri işləyib, 33,8 min nəfəri isə işsiz olub. Başqa sözlə, bu yaş qrupunda işçi qüvvəsinin 95,8 faizi məşğul, 4,2 faizi işsiz olub.

İkinci yerdə 35-39 yaş qrupu qərarlaşıb. Bu yaşda işçi qüvvəsinin sayı 773,4 min nəfər olub ki, bu da ümumi göstəricinin 14,4 faizidir. Onların 741,9 min nəfəri məşğul, 31,5 min nəfəri işsizdir.

40-44 yaş qrupunda 706,2 min nəfər işçi qüvvəsi qeydə alınıb. Bu, ümumi işçi qüvvəsinin 13,1 faizini təşkil edir.

25-29 yaş qrupunda 626,3 min nəfər işçi qüvvəsi olub (11,6 faiz). Bu yaş qrupunda 597,3 min nəfər məşğul, 29 min nəfər işsizdir.

45-49 yaş qrupunda işçi qüvvəsi 647,5 min nəfər (12 faiz), 50-54 yaş qrupunda isə 567,5 min nəfər (10,5 faiz) təşkil edib.

15-19 yaşlılar arasında isə 104 min nəfər işçi qüvvəsi qeydə alınıb. Bu, ümumi işçi qüvvəsinin 1,9 faizidir.

60-64 yaş qrupunda işçi qüvvəsi 179,2 min nəfər (3,3 faiz), 55-59 yaş qrupunda isə 428 min nəfər (7,9 faiz) olub.

İşçi qüvvəsinə nisbətdə işsizliyin ən yüksək göstəricisi 20-24 yaş qrupunda qeydə alınıb. Bu yaş qrupunda 454,2 min nəfər işçi qüvvəsinin 395,5 min nəfəri məşğul, 58,7 min nəfəri isə işsiz olub. Beləliklə, həmin yaş qrupunda işçi qüvvəsinin 12,9 faizi işsiz olub.скачать dle 11.3
Mojo.az Banner