Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

300 000 ha ərazi minadan təmizlənib

02.09.2026 18:51 294
300 000 ha ərazi minadan təmizlənib
Azad edilmiş ərazilərdə indiyədək təxminən 300 000 hektar minalardan təmizlənib.

Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.

Qeyd olunub ki, proses nəticəsində 43 000 ədəd mina və 24 000-dən çox partlayıcı qurğu məhv edilib.

“İllik hədəfimiz 65 000 hektar ərazinin minalardan təmizlənməsidir. Hər il ərazilərin minalardan təmizlənməsi üzrə qarşımıza müəyyən hədəf qoyuruq. Ötən il 1 600 000 hektardan çox ərazinin təmizlənməsi ilə bağlı rekord göstəriciyə nail olmuşuq. Bu il üçün də hədəfimiz 65 000 hektardır və hazırda bunun təxminən 50 000 hektarını artıq həyata keçirmişik”, - Samir Poladov bildirib

O qeyd edib ki, ANAMA müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir. Ümumilikdə, humanitar əməliyyatlara cəlb olunan 4 500-dən çox əməkdaş var:

“İşimizin bir hissəsi ərazilərin minalardan təmizlənməsi və istifadəyə qaytarılması ilə yanaşı, minaların və partlayıcı qurğuların yarada biləcəyi potensial təhlükələr barədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.

Son xəbərlər