Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olub

01.09.2026 18:45 300
Ermənistanda Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olub
Ermənistanın Baş Prokurorluğu tərəfindən sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryana qarşı başlanmış yeni cinayət işinin təfərrüatı ictimaiyyətə açıqlanıb.

Median.Az
Ermənistan mediasına istinadən xəbər verir ki, istintaq orqanlarının məlumatına əsasən, sözügedən iş dörd fərqli epizodu özündə birləşdirir: mənzillər şəklində rüşvət, vəsaitlərin mənimsənilməsi, universitetə məxsus sahənin satılması və Gümrüdəki zavod üzərindən çirkli pulların yuyulması.

Baş Prokurorluqdan o da bildirilib ki, iyun ayında iki dəfə keçirilmiş tibbi ekspertizanın rəyinə əsasən, Xaçatryanın məhkəmə proseslərində iştirakına mane olacaq hər hansı sağlamlıq problemi müəyyən edilməyib.

Bununla yanaşı, Antikorrupsiya Məhkəməsində Xaçatryan ailəsinə mənsub 193 daşınmaz əmlak obyektinin, 29 şirkətin səhm paketinin, 1.4 milyard dollar dəyərindəki istiqrazların və 17.8 milyard dramlıq (50 milyon dollara yaxın - red.) qeyri-qanuni gəlirlərin dövlət nəfinə müsadirə edilməsi tələbi ilə bağlı məhkəmə işi davam edir.

Bir müddət əvvəl isə ailənin ABŞ-dəki malikanəsi 36 milyon dollara satılıb.

Son xəbərlər