Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

25.08.2026 20:30 330
Uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlar valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Söhbət hamiləlik və doğuş prosesini imitasiya edən kuklalardan gedir.

Baku TV-nin məlumatına görə, bəzi modellərdə kuklanın qarnından "dölü" çıxarmaq, göbəkbağını kəsmək və doğuş prosesini canlandırmaq mümkündür.

Mövzu ilə bağlı keçirilən sorğu zamanı sakinlər bildiriblər ki, bu cür oyuncaqlar azyaşlıları yaşlarına uyğun olmayan məlumatlarla erkən tanış edə bilər.

Vətəndaşlardan biri belə oyuncaqların uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyini deyib: "Cəmiyyətimizi pozur. Uşaqlarımızın şüuruna mənfi təsir edir. Belə şeylər ümumiyyətlə tibbə aid olan məsələlərdir".

Digər respondent isə oyuncaqlara qarşı daha sərt münasibət bildirib: "İmkanım olsa, elə adamları yer üzündən silərəm. Açıq-aşkar cəmiyyəti pozmaq deməkdir".

Mütəxəssislər isə bildirirlər ki, burada əsas məsələ təkcə oyuncağın görünüşü deyil. Onun uşağın yaşına və inkişaf xüsusiyyətlərinə uyğunluğu mütləq nəzərə alınmalıdır.

Son xəbərlər