Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev, Şavkat Mirziyoyev və xanımları "Ark" qalasında olublar

24.08.2026 16:52 396
İlham Əliyev, Şavkat Mirziyoyev və xanımları
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Ark" qalası ilə tanış olublar.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, "Ark" qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII-XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

Son xəbərlər