Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Ölkəmizdə donuzların yarıdan çoxu bu rayonda saxlanılır

22.08.2026 16:56 219
Ölkəmizdə donuzların yarıdan çoxu bu rayonda saxlanılır
Azərbaycanda 2026-cı ildə donuzların sayı 3298 baş təşkil edib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə ölkədə 3377 baş donuz olub. Cari ilin göstəricisi əvvəlki ilin 97,7 faizinə bərabərdir.

Donuzların böyük hissəsi Şəki-Zaqatala iqtisadi rayonunda saxlanılır. Bu iqtisadi rayonda 2401 baş donuz qeydə alınıb. Onların 1681 başı Qax, 625 başı Qəbələ, 95 başı isə Oğuz rayonunun payına düşüb.

Dağlıq Şirvan iqtisadi rayonunda 221 baş donuz olub və onların hamısı İsmayıllı rayonunda qeydə alınıb. Bakı şəhərində 197, Gəncə-Daşkəsən iqtisadi rayonunda 157, Şərqi Zəngəzurda 100, Qazax-Tovuzda 79, Mil-Muğanda 52, Quba-Xaçmazda 51, Qarabağ iqtisadi rayonunda 25, Abşeron-Xızıda isə 15 baş donuz olub.

Gəncə-Daşkəsən iqtisadi rayonunda donuzların sayı 2025-ci ildəki 46 başdan 2026-cı ildə 157 başa çatıb. Quba-Xaçmaz iqtisadi rayonunda göstərici 32-dən 51-ə, Qazax-Tovuzda 74-dən 79-a, Şərqi Zəngəzurda 98-dən 100-ə yüksəlib.

Bakı şəhərində isə donuzların sayı 460 başdan 197 başa, Şəki-Zaqatala iqtisadi rayonunda 2427 başdan 2401 başa enib.скачать dle 11.3
Mojo.az Banner