Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV

19.08.2026 22:56 360
2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV
Lüks SUV almağı planlaşdıranlar üçün 2026-cı il daha sərfəli imkanlar yarada bilər. Tələbatın zəifləməsi və avtomobil ehtiyatlarının artması fonunda istehsalçılar, xüsusilə elektrik modellərində ciddi endirimlər tətbiq edirlər.

“BMW iX”

2026-cı il “BMW iX” modelinin başlanğıc qiyməti 76 325 dollar müəyyənləşdirilib. Bu, 2025-ci il modeli ilə müqayisədə 12 100 dollar ucuzdur. Yeni baza versiyası olan “iX xDrive45” 402 at gücü və tam ötürücü sistemi ilə təklif edilir. Modelin yürüş ehtiyatı da təxminən 10 faiz artırılıb.

“Mercedes-Maybach EQS SUV”

Ən böyük endirimlərdən biri “Mercedes-Maybach EQS 680 SUV” modelində qeydə alınıb. 2025-ci il versiyasının qiymətinə 50 min dollar endirim edilərək 180 min dollardan 130 min dollara endirilib. 2026-cı il modelləri üçün isə 23 min dollara qədər endirim təklif olunur.

“Mercedes-Benz EQS SUV”

“Mercedes-Benz EQS SUV” üçün də ciddi güzəştlər tətbiq edilir. Avtomobili birbaşa alanlara 10 min dollar, lizinq yolu ilə əldə edənlərə isə 10 500 dollar endirim təklif olunur. 2026-cı il modelinin əvvəlki versiyalarla müqayisədə ümumilikdə 10-15 min dollar ucuzlaşa biləcəyi bildirilir.

“Audi Q8”

2026-cı il “Audi Q8 55 quattro” modeli üçün 5 min dollara qədər bonus təklif edilir. Bundan əlavə, bəzi avtomobillər ABŞ üzrə tövsiyə olunan pərakəndə satış qiymətindən 1-2 faiz aşağı satılır. Dilerlərin əlavə güzəştləri qiymətləri daha da aşağı sala bilər.

“Cadillac Lyriq”

“General Motors” artan rəqabət fonunda elektrik “Cadillac Lyriq” modelinin qiymətini aşağı salmağa hazırlaşır. Modelin qiymətində 2-3 min dollarlıq azalma gözlənilir. Dilerlərin əlavə təşviqləri ilə avtomobil daha sərfəli qiymətə təklif oluna bilər.

“Land Rover Range Rover Velar”

2026-cı il “Range Rover Velar P250 S” modelinin tövsiyə olunan qiyməti 62 975 dollar olsa da, avtomobilin təxminən 61 072 dollara əldə edilə biləcəyi göstərilir. Bazarda rəqabətin güclənməsi fonunda modelin qiymətinin daha da aşağı düşəcəyi proqnozlaşdırılır.

Beləliklə, lüks avtomobil bazarında tələbatın zəifləməsi və istehsalçıların mövcud ehtiyatları azaltmaq istəyi 2026-cı ildə alıcılar üçün daha böyük endirim imkanları yarada bilər.//valyuta.azскачать dle 11.3

Son xəbərlər