Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 45 min manatlıq dələduzluq

19.08.2026 22:29 312
Bakıda 45 min manatlıq dələduzluq
Bakıda 45 min 530 manatlıq dələduzluq cinayəti baş verib.

Qaynarinfo xəbər verir ki, Arif Mayılov (ad və soyad şərtidir) ev tikmək, qaz sayğacı quraşdırmaq və torpaq sahəsi satmaq vədləri ilə üç nəfərdən ümumilikdə 45 min 530 manat pul alıb. Onun zərərçəkənləri arasında qonşusu da olub.

Arif Mayılov uzun illər qonşusu kimi tanıdığı şəxsə Xətai rayonunda 1,7 sot torpaq sahəsində 4 otaqlı ev tikib təhvil verəcəyini vəd edib. Razılaşmaya əsasən, ev tikilib, damı örtüldükdən sonra təhvil verilməli, bunun müqabilində isə 56 min manat ödənilməli olub. Arif Mayılov ilkin olaraq 39 min manat, daha sonra isə 2 min 600 manat alıb. Lakin aldığı 41 min 600 manatı şəxsi ehtiyaclarına xərcləyib və tikinti işlərini həyata keçirməyib.

Bir müddət sonra zərərçəkən şəxsə ev tikə bilməyəcəyini deyən Arif Mayılov vaxt qazanmaq üçün müxtəlif torpaq sahələri göstərib.

2025-ci ildə isə başqa bir şəxsin fərdi yaşayış evinə qaz sayğacı çəkdirmək istəyindən istifadə edib. Arif Mayılov bu işi 1 600 manata həll edə biləcəyini deyib. Razılaşmaya əsasən, əvvəlcədən 1 000 manat, iş görüldükdən sonra isə 600 manat ödənilməli olub. Arif Mayılov əvvəlcədən 1 000 manat alaraq 15 gün ərzində qaz sayğacının quraşdırılacağını vəd edib. Lakin pulu şəxsi ehtiyaclarına xərcləyib və sonradan müxtəlif bəhanələrlə işi yubadıb.

Bundan başqa, o, Xətai rayonunda yerləşən 1,2 hektar torpaq sahəsini satacağını vəd edərək başqa bir şəxsdən də pul alıb. Torpağın 26 min manata satılacağını deyən Arif Mayılov ilkin olaraq 1 000 manat beh götürüb. Daha sonra torpağın sənədləşdirilməsi ilə bağlı müxtəlif bəhanələr gətirərək həmin şəxsdən əlavə pullar istəyib. Nəticədə ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 2 930 manat alıb. Həmin vəsaiti də şəxsi ehtiyaclarına xərcləyib.

Beləliklə, üç epizod üzrə Arif Mayılovun əldə etdiyi pulun ümumi məbləği 45 min 530 manat olub.

Məhkəmə istintaqı zamanı Arif Mayılov ittihamı qəbul edib. O, uzun müddət daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olduğunu, hazırda işləmədiyini bildirib. Aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini də etiraf edib. O, həmçinin zərərçəkən şəxslərin hər birinə dəymiş ziyanı tam ödədiyini və onlarla barışdığını bildirib.

Məhkəmə Arif Mayılovu Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə — dələduzluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurmaqla törədilməsi — təqsirli bilib. Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Arif Mayılovun 2026-cı ildə 4 ay 14 gün həbsdə saxlanıldığı müddət də cəza hesablanarkən nəzərə alınıb. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə cəzasından çıxılıb.

Nəticədə onun üzərində 1 il 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər