"Ucuz Store"da saxta aksizli içkilər aşkarlandı - İki nəfər cərimələndi
Yasamal rayonunda fəaliyyət göstərən “Ucuz Store” mağazasında keçirilən operativ vergi nəzarəti zamanı saxta aksiz markaları ilə markalanması ehtimal olunan spirtli içkilər aşkarlanıb.
Yoxlama zamanı mağazada satış məqsədilə saxlanılan ümumilikdə 203 ədəd alkoqollu içki müəyyən edilib. Malların ümumi alış dəyəri 847 manat 50 qəpik olub. Vergi əməkdaşları tərəfindən içkilər götürülərək müvafiq qaydada rəsmiləşdirilib və ekspertizaya göndərilib.
Ekspertiza nəticəsində həmin içkilərin üzərindəki aksiz markalarının saxta olduğu müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya saxta aksiz markası ilə satış məqsədilə saxlanılması, daşınması və ya satılması) cinayət işi başlanıb. Cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxslər bildiriblər ki, içkiləri şirkətin rəsmi əməkdaşı kimi tanıdıqları şəxsdən alıblar. Onların sözlərinə görə, mallar əvvəlcə əlyazma qaimə ilə qəbul olunub, daha sonra rəsmi qaimə rəsmiləşdirilərək ödəniş edilməli olub.
Müttəhimlər aksiz markalarının saxta olduğunu bilmədiklərini deyiblər. Onlar həmin içkiləri gizlətmədiklərini, əksinə, mağazanın girişində digər mallarla birlikdə satış məqsədilə sərgilədiklərini bildiriblər.
İş üzrə ifadə verən vergi əməkdaşları isə yoxlama zamanı malların sayıldığını və aktlaşdırıldığını təsdiqləyiblər. Şahidlərdən biri bildirib ki, mağazada 203 ədəd alkoqollu içki aşkarlanıb və malların alış qiyməti mağaza sahibi tərəfindən təqdim edilib.
İçkiləri mağazaya satan şəxs də məhkəmədə dindirilib. O, malları başqa şəxsdən aldığını, üzərində aksiz markaları olduğu üçün onların saxta olmasından xəbərsiz olduğunu bildirib.
Məhkəmə müttəhimlərin hər birinə 1 il müddətinə aksiz markası ilə markalanmalı olan malların satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etməklə 3000 manat məbləğində cərimə cəzası təyin edib.