Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Karxanada ayağı qurğuda qalan kişi öldü

17.08.2026 20:49 384
Karxanada ayağı qurğuda qalan kişi öldü
Abşeronda karxanada kişi ayağının qurğuda qalması nəticəsində ölüb.

"Report" xəbər verir ki, Daş Güzdək qəsəbəsində Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb.

Kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Son xəbərlər