Mojo.az Banner
20:03 1700 hektar ərazi minalardan təmizlənib  |     19:55 "İmişli" Nazim Hüseynovla yollarını ayırdı  |     19:50 Narkotiklərin qanunsuz dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edilib  |     19:42 İmişlidə təkər təmiri sexində partlayış - Xəsarət alanlar var  |     19:37 Sabah 36° isti olacaq  |     19:29 Dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq  |     19:23 Birinci Qarabağ müharibəsinin veteranı vəfat etdi  |     19:15 Kolleclərə qeydiyyat başlayır  |     19:10 Azərbaycanda 46 partlayış olub - 4 nəfər ölüb  |     19:02 Zəngəzur dəhlizi barədə mühüm xəbər açıqlandı - VİDEO  |     18:57 Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var (Video)  |     18:49 Sərhədi qanunsuz keçən PUA-nı NATO qırıcısı vurdu  |     18:43 8 ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - Video  |     18:35 Narkotikin təsiri altında maşın sürdü - həbs olundu  |     18:27 Yemək qoxusundan bezmisiniz? – Bu üsullar kömək edə bilər  |     18:17 Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var  |     18:09 Böyükşor gölündən buna görə pis qoxu gəlirmiş - RƏSMİ  |     18:07 Samuxda 12 yaşlı oğlan su kanalında batıb  |     17:50 Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi  |     17:37 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib  |    
Left Banner
Right Banner

Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var (Video)

17.08.2026 18:57 105
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var (Video)
Gəncə və Tovuzun maşın bazarlarında durğunluq müşahidə olunur. Satışa çıxarılan avtomobillər çox olsa da, qiymətlərin yüksək olması alıcılarla satıcıların razılığa gəlməsini çətinləşdirir. Bazarda Rusiya istehsalı olan köhnə avtomobillərə tələbat yüksək olaraq qalır. Lakin son aylar bu maşınların qiymətində də artım var.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, qərb bölgəsinin ən böyük avtomobil ticarəti mərkəzi sayılan Gəncə Maşın Bazarında avtomobilini satmaq üçün gələnlərin sayı kifayət qədər olsa da, alıcılar təklif olunan maşınların qiymətlərindən narazıdırlar.

Maşın almaq istəyənlər qiymətlərin yüksək olduğunu və onları qane etmədiyini deyirlər.

Satıcılar bildirirlər ki, son vaxtlarda avtomobil bazarında ticarət əvvəlki kimi deyil. Onların sözlərinə görə, alıcıların əksəriyyəti təklif olunan qiymətlərlə razılaşmır və bazarlıq zamanı qiyməti əhəmiyyətli dərəcədə aşağı salmağa çalışır. Bazarda daha çox alınıb-satılan isə qiyməti nisbətən münasib olan köhnə sovet və Rusiya istehsalı avtomobillərdir.

Həftəsonları fəaliyyət göstərən Gəncə Maşın Bazarına yalnız şəhər sakinləri deyil, ətraf rayonlardan da alıcı və satıcılar gəlirlər.

Tovuzdakı avtomobil bazarında da qiymətlər yüksəkdir. Burada hər həftə təxminən 200 avtomobil satışa çıxarılır. Onun da 90%-ni buraxılış ili köhnə olan, istismar müddətini başa vurmuş hesab olunan Rusiya istehsalı avtomobillər təşkil edir. Ehtiyat hissələrinin və təmir xərclərinin ucuz, özünün də nisbətən ekonom olması bu cür avtomobillərə tələbatı artırır. Tələbat da belə nəqliyyat vasitələrinin satış sayı kimi qiymətlərini də yüksəldir. Alıcıların istədiyi qiymətlə satıcıların təklifi uzlaşmır.

Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar. Onların sözlərinə görə, son 8 ayda qiymətlərdə təxminən 500-1000 manat arası artım müşahidə olunur.

Bildirilir ki, yaxın vaxtlarda qiymətlərdə enmə gözlənilmir.скачать dle 11.3
Mojo.az Banner