Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt əməkdaşı işdən çıxardı - İlk dəfə

15.08.2026 17:37 345
Süni intellekt əməkdaşı işdən çıxardı - İlk dəfə
San-Fransiskoda fəaliyyət göstərən "Andon Market” adlı mağazanın idarəetməsi həvalə edilmiş "Claude” süni intellekt modeli insanı işdən çıxarıb.

Bu barədə "Time” nəşri məlumat yayıb.

Bildirilir ki, bu, süni intellektin insanı işdən çıxarması ilə bağlı ilk haldır. Bununla belə, bu qərarın qəbul edilməsində layihənin kuratorunun həmin işçinin gecikmələrinə diqqət çəkməsi və faktiki olaraq süni intellekti bu addıma sövq etməsi də az rol oynamayıb.

Məlumata görə, mağaza real şəraitdə avtonom süni intellekt agentlərini sınaqdan keçirən İsveç startapı "Andon Labs”a məxsusdur. İşdən qovulan işçinin 23 iş növbəsindən 17-sinə gecikdiyi bildirilir.
"Süni intellekt işçini işdən çıxarmağa tələsmirdi, çünki opertiv yaddaşının azlığı səbəbindən özünün tərtib etdiyi daxili qaydaları sadəcə "unutmuş”du və işçinin gecikmələrini görmürdü”, - nəşr yazır.

Personalın sözlərinə görə, "Claude” ümumilikdə çox yumşaq idarəetmə tərzi ilə fərqlənib və hətta işçilərdən gecikmələrə görə narahat olmamalarını xahiş edib. Nəticədə insan müdaxiləsinə ehtiyac yaranıb.

"Andon Labs”ın nümayəndəsi neyroşəbəkədən davamiyyət tarixçəsini yoxlamağı xahiş edib, lakin bundan sonra belə "Claude” işçiyə yalnız rəsmi xəbərdarlıq etməyi təklif edib.
"Bu zaman kurator süni intellektdən soruşub: Daimi gecikmələri və onun hər növbəsində nəyinsə səhv getməsi faktını nəzərə alaraq... istəyirəm ki, düşünəsən, o, həqiqətən bu rola uyğundurmu? Yalnız bu istiqamətləndirici sualdan sonra neyroşəbəkə işçi ilə vidalaşmaq qərarına gəlib”, - nəşr qeyd edib.

Ümumilikdə isə, mağazanın maliyyə nəticələrinin də o qədər də uğurlu olmadığı görünür. Belə ki, 6 ay əvvəl layihə başlayarkən hesabında 100 min dollar (170 min AZN) olan "Andon Market”in hazırda balansı 61 min dollar təşkil edir. Botun idarəetmədə verdiyi qərarlar və işgüzar intuisiyanın zəifliyi maliyyə itkilərinə səbəb olur.

Bununla belə, gələcəkdə bu çatışmazlıqların aradan qaldırılması hədəflənir.
"Süni intellekt modelləri getdikcə daha çox sərt və məqsədyönlü olmağa öyrədilir. Əgər biz onlara insanları işdən çıxarmağa icazə versək və eyni zamanda onlar daha sərt olsalar... Bəlkə də bu, insanların yaşamaq istəməyəcəyi bir gələcəyə səbəb olacaq”, - "Andon Labs”ın baş direktoru Lukas Petersson deyib.

///qafqaz.info

Son xəbərlər