Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin regional filialından məlumat yayılıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 332 km məsafədə olub. Zəlzələnin ocağı isə 63.8 km dərinlikdə yerləşib.
