Mojo.az Banner
20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |     19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |     19:16 Narkotikin təsiri altında olan sürücü həbs olundu  |     19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər (VİDEO)

08.08.2026 19:37 255
Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər (VİDEO)
Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolunda çökmə baş verib.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, yolun çökmüş hissəsi getdikcə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət yaxınlıqdakı obyektlər üçün də təhlükə yaradır. Belə ki, onların hər an uçma ehtimalının olduğu bildirilir.

İlkin məlumata görə, yolun altından keçən iridiametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü çöküb. Çökmənin hər gün daha da genişləndiyi qeyd olunur.

Hadisə yerində təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülsə də, problem hələlik aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və insanların təhlükəsizliyi nəzərə alınaraq ərazi tam mühafizəyə götürülüb.

Qeyd olunub ki, qəzanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək və problem qısa müddət ərzində həllini tapacaq.скачать dle 11.3
Mojo.az Banner