Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə

05.08.2026 12:53 366
Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə
Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır.

Bəs qarşıdakı dövrdə həqiqətən də "toy bumu" yaşanacaqmı? Tələbatın artması şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları və digər toy xidmətlərinin qiymətlərinə necə təsir göstərəcək?

Median.Az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova böyük ehtimalla avqustun ikinci yarısından etibarən Azərbaycanda toy mövsümü nəzərəçarpacaq dərəcədə canlanacağını bildirib:

"Ümumiyyətlə statistik olaraq avqustun sonu, sentyabr və oktyabr ayları Azərbaycanda ən çox toy keçirilən dövr hesab edilir. Bazar qanunlarına əsaslansaq tələbin artması bəzi xidmətlərin bahalaşmasına səbəb ola bilər. Lakin qiymət artımının bütün bazarda eyni səviyyədə olacağını demək olmaz. Bu gün Bakıda müxtəlif iqtisadi seqmentlərdə fəaliyyət göstərən şadlıq evləri mövcuddur. Adambaşına qiymətləri təxminən 50-70 manat olan aşağı seqment şadlıq sarayları da var, 70-150 manat olan orta seqment olanlar da. Premium məkanlarda isə qiymətlər 150-200 manat arasında dəyişir. Xüsusi VIP paketlərdə qiymətlər 300-500 manata qədər yüksələ bilir. Bu səbəbdən, kəskin qiymət bahalaşması gözlənməsə də, orta hesabla 5-10 faiz artım ehtimalı var. Amma bu bahalaşmanın əlavə xidmətlərdən qaynaqlana biləcəyini düşünürəm".

İqtisadçı deyib ki, xüsusilə, artım aparıcı, DJ, foto-video çəkilişi, dekorasiya və canlı musiqi xidmətlərində müşahidə oluna bilər:

"Bu xidmətlərdə təklif bir qədər məhduddur və eyni tarixlərə çoxsaylı sifariş daxil ola bilər. Qiymət artımının menyudan asılı olacağını isə düşünmürəm. Çünki bazarda tələb çox olduğu qədər təklif də çoxdur. Şadlıq evlərinin sayı və bazardakı rəqabət genişdir. Toy mövsümünün pik dövründə ən böyük problem qiymətdən çox boş tarix tapmaq olur. Buna görə də, avqustun ikinci yarısı, sentyabr və oktyabr aylarında toy planlaşdıranlar rezervasiyanı mümkün qədər tez etməlidirlər".

V.Əhmədova onu da qeyd edib ki, Azərbaycanda Məhərrəm və Səfər aylarında toy etməmək hüquqi və ya dini baxımdan məcburi qadağa deyil:

"Bu, əsasən illər ərzində formalaşmış ictimai ənənədir. Son illərdə isə bu ənənənin təsiri əvvəlki illərlə müqayisədə zəifləyib. Xüsusilə böyük şəhərlərdə və yüksək gəlir qrupuna aid ailələr arasında artıq Məhərrəm və Səfər aylarında, hətda Ramazan ayında da toy məclisləri təşkil olunur. Üst seqment şadlıq evləri və premium məkanlar son bir neçə ildə bu aylarda da fəaliyyətini tam dayandırmır".

Son xəbərlər