Mojo.az Banner
Son Xəbərlər
12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yay mövsümündə avtomobil sürdükdən sonra niyə radiatoru təmizləmək vacibdir? - Mütəxəssisdən açıqlama

05.08.2026 11:34 381
Yay mövsümündə avtomobil sürdükdən sonra niyə radiatoru təmizləmək vacibdir? - Mütəxəssisdən açıqlama
Yay mövsümü başa çatdıqdan sonra sürücülər avtomobillərinin radiatorunu üzərinə yapışmış həşərat qalıqlarından mütləq təmizləməlidirlər. Əks halda, yüksək rütubət şəraitində həmin qalıqlar kiflənə və radiatorun işinə mənfi təsir göstərə bilər.

Bu barədə rusiyalı avtomobil eksperti Dmitri Popov RT-yə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, yay aylarında radiatorun ön hissəsində ağcaqanad, milçək və digər həşəratların qalıqları toplanaraq qalın üzvi çirk qatı əmələ gətirir. Bu təbəqə radiatorun hava dövranını zəiflədir və soyutma sisteminin səmərəliliyini azalda bilər.

D.Popov radiatorun sentyabr ayında yuyulmasını tövsiyə edib. Onun sözlərinə görə, təmizləmə zamanı radiator borularına zərər verməmək üçün yüksəktəzyiqli suyun aşağı gücdə və ehtiyatla tətbiq edilməsi vacibdir.

Ekspert bildirib ki, yay mövsümündən sonra hava filtrlərinin vəziyyəti də yoxlanılmalıdır. Filtrlərdə toplanan çirk və digər qalıqlar onların dəyişdirilməsini zəruri edə bilər.

D.Popov sonda qeyd edib ki, yay mövsümündən sonra avtomobilin ön şüşəsi də sabunlu su ilə yuyularaq həşərat izlərindən tam təmizlənməlidir.скачать dle 11.3

Son xəbərlər