Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat

04.08.2026 22:00 330
Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat
Bu gün İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən keçirilən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi uğurla başa çatıb.

İpoteka və Kredit Zəmanət Fondu və “AzInTelecom” MMC-dən verilən məlumata görə, qeyd edilən seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib. Yeni həll sayəsində vətəndaşlar yaşayış sahələri üçün müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyiblər.

Bu günkü seçim prosesində Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub. Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində 16 dəqiqə 22 saniyə ərzində seçilib və bütün müraciətlər qaydalar çərçivəsində tamamlanıb.

Qeyd edək ki, bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, xüsusi proqram təminatlarından istifadə edilməsinə, həmçinin yaşayış sahələrinin seçimi prosesində yarana biləcək sui-istifadə hallarının və seçim prosesinə kənar müdaxilə riskinin qarşısının alınmasına töhfə verib.

Son xəbərlər