Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Ağdamda əkin sahələrini yandıran bu şəxs imiş - Video

04.08.2026 19:56 339
Ağdamda əkin sahələrini yandıran bu şəxs imiş - Video
Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.

İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.

Son xəbərlər