Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerin qravitasiya sahəsi yox olacaq? - AÇIQLAMA

04.08.2026 17:46 252
Yerin qravitasiya sahəsi yox olacaq? - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin müvəqqəti olaraq (7 saniyəlik) yox olacağı, insanların isə qısa müddət ərzində çəkisizlik vəziyyəti yaşayacağı barədə müxtəlif iddialar yayılır.

Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu məlumatların heç bir elmi əsası yoxdur və onlar müasir fizikanın fundamental qanunlarına tamamilə ziddir:

"Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Nyutonun ümumdünya cazibə qanununa əsasən, Yerin cazibə qüvvəsi onun kütləsi və radiusu ilə müəyyən edilir. Qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki cəhətdən mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir hadisənin baş verəcəyini göstərən heç bir elmi əsas yoxdur.

Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bu hadisənin səbəbi kimi qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması göstərilir. Əslində isə qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində insanların hiss edə biləcəyi və ya Yerin cazibə qüvvəsini dəyişdirə biləcəyi təsiri yoxdur: "Bəzi paylaşımlarda adı çəkilən, guya NASA tərəfindən hazırlanmış "Project Anchor" adlı hesabat da rəsmi elmi sənəd deyil və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənməyib.

Həmin tarixdə əslində hansı astronomik hadisələr baş verəcək?

Perseid meteor yağışının maksimumu avqustun 13-də müşahidə olunacaq. Bu, ilin ən zəngin meteor yağışlarından biridir və Bakıdan da əlverişli şəraitdə izlənilə bilər.

Avqustun 12-də tam Günəş tutulması baş verəcək. Tam tutulma, əsasən, Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək. Azərbaycandan isə müşahidə olunmayacaq.

Bu hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir. İnsanlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi təşkilatların, rəsədxanaların və etibarlı beynəlxalq elmi qurumların açıqlamalarına əsasən izləmək tövsiyə olunur. Astronomik hadisələr maraqlı və möhtəşəm olsa da, onların ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir.

Avqustun 13-də Yerin qravitasiya qüvvəsinin yox olması və ya insanların çəkisizlik vəziyyəti yaşaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Yer öz adi fiziki rejimində fəaliyyətini davam etdirəcək və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək".скачать dle 11.3
Mojo.az Banner