Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR

03.08.2026 22:31 282
Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR
Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri 3 avqust 2026-cı il tarixindən etibarən e-ttkf.edu.az portalı üzərindən açıq elan edib.

Median.Az
xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-2027-ci tədris ili üzrə keçirdiyi qəbul müsabiqəsinin nəticələrinə əsasən ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş tələbələr, (bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq), həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr qeyd olunan tarixdən etibarən e-ttkf.edu.az portalına daxil olaraq sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az üzərindən tələbə qeydiyyatı prosesini həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:

- Subbakalavr - 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;

- Bakalavriat səviyyəsi - 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;

- Magistratura səviyyəsi - 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;

- SAT nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul olunanlar üçün - minimum 1200 bal;

- Texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə - attestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3.

Qeyd edək ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə münasibətdə tətbiq olunur. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı nəzərdə tutulmur.

Diqqət: 2026-2027-ci tədris ili üzrə bakalavriat səviyyəsi və subbakalavra yeni qəbul olan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim edə biləcəklər.

Yeni tədris ilinin başlanması münasibətilə bütün tələbələrə təhsil həyatında uğurlar arzulayırıq./modern.azскачать dle 11.3
Mojo.az Banner