Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:54 “Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı | 18:45 Azərbaycanda 80 yaşlı qadının ölkədən çıxışına məhdudiyyət qoyuldu | 18:45 Borcu olan sakinlər istiliksiz qalacaq | 18:40 Tramp ilə ilk dəfə onlarla üçtərəfli görüş keçirəcək | 18:32 Bazar gününə olan hava proqnozu | 18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş |
Mojo.az Avto
Mojo.az Avto

"Qara delfin" həbsxanasında ömürlük həbsdə olan keçmiş senator Araşukov aclıq elan edib

03.08.2026 17:31 552
Rusiyanın Orenburq vilayətindəki "Qara delfin" koloniyasında ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov aclıq elan edib.

Median.Az
-ın TASS-a istinadən xəbərinə görə, bu barədə onun vəkili Dmitri Trubnikov məlumat verib.

"Aclıq aksiyası 1 avqust şənbə günü elan edilib. Yalnız su içir", - deyə Trubnikov bildirib.

Onun məlumatına görə, məhbus işə çıxmaq hüququ olmadan cəza izolyatorunda (kamerasında) saxlanılır və iş fəaliyyəti üçün "normal şərtlərin" təmin olunmasını tələb edir.

Qeyd edilir ki, iyunun 2-də Trubnikov Araşukovun "individual" tikiş sexində işə çıxdığını bildirmişdi.

Xatırladaq ki, ömürlük həbs cəzası çəkən rusiyalı keçmiş senator Rauf Araşukov "Qara delfin" həbsxanasının əməkdaşlarına imtiyazlar əldə etmək üçün daha əvvəl 5 milyon dollar rüşvət təklif etmişdi.

Rauf Araşukov 30 yanvar 2019-cu ildə Federasiya Şurasının qapalı iclasında saxlanılıb və elə həmin gün həbs edilib. Həmçinin onun atası, "Qazprom Mejreqionqaz" şirkətinin baş direktorunun keçmiş müşaviri Raul Araşukov da həbs edilib. 27 dekabr 2022-ci ildə Moskva Şəhər Məhkəməsi andlılar heyəti Araşukovları ömürlük həbs cəzasına məhkum edib və onları mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda, "Adıqe Xase" gənclər hərəkatının sədri Aslan Jukovun və Qaraçay-Çərkəz prezidentinin müşaviri Fral Şebzuxovun qətllərinin təşkilində, eləcə də "Qazprom"dan 4.4 milyard rubl məbləğində qaz mənimsəməkdə təqsirli bilib. Qətllər qaz oğurluğu ilə bağlı məlumatları gizlətmək məqsədilə törədilib.

Rauf Araşukov ömürlük həbs cəzası çəkərkən Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla açıq-aşkar qanunsuz hərəkətlər törədilməsi üçün vasitəçi üzərindən vəzifəli şəxsə xüsusilə külli miqdarda rüşvətvermə) üzrə ittiham olunub.

İstintaq versiyasına görə, təqsirləndirilən şəxs vəkili vasitəsilə Rusiya Federal Penitensiar Xidmətinin Orenburq vilayəti üzrə əməkdaşına 3 milyon rubl rüşvət ötürüb. Bu pul koloniyada cəzaçəkmə müddətində güzəştli şərait yaratmaq üçün nəzərdə tutulmuşdu. 13 yanvar 2026-cı ildə Orenburqun Leninski Rayon Məhkəməsi keçmiş senatoru rüşvət işi üzrə 10 il həbs cəzasına və 120 milyon rubl cəriməyə məhkum edib. Cəzaların ümumi məbləğinə əsasən isə ona ömürlük həbs cəzası və 120 milyon rubl cərimə təyin edilib. 18 mart 2026-cı ildə apellyasiya instansiyası hökmü qüvvədə saxlayıb.

Son xəbərlər