Mojo.az Banner
22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu (TƏFƏRRÜAT)

01.08.2026 15:26 447
Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
"Müsavat”a istinadən xəbər verir ki, hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə icra başçısının şikayəti əsassız hesab edilərək təmin olunmayıb.

İcra başçısının şikayət etdiyi şəxslər Şabran rayonunun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradov olub. Asif Hüseynov onların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyirdi.
Ətraflı

Mübahisənin əsasında isə 2022-ci ildə baş verdiyi bildirilən 15 ton toxumluq arpa alqı-satqısı dayanır. Vüsal Muradov mətbuata açıqlamasında bildirib ki, anası Səbirə Vəliyeva ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı rayon icra başçısına nisyə satıb, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, pulunu ala bilməyib.

Zərərçəkən tərəfin israrlı şikayətlərindən sonra Asif Hüseynov Muradovlara qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İşə Xaçmaz Rayon Məhkəməsindı baxılıb. Məhkəmə Asif Hüseynovun xüsusi ittiham şikayətini təmin etməyib.

Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin son qərarı ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa pulu borcu ilə bağlı səsləndirilən iddialara görə kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbi təmin edilməyib. Bu qərar xüsusi ittiham qaydasında aparılan prosesə yekun vurub.скачать dle 11.3
Mojo.az Banner