Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

31.07.2026 22:14 321
“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə
“Bizim Cəbiş müəllim” filminin məşhur obrazından reklam çarxında istifadə edilib.

“Rabitəbank” tərəfindən hazırlanan reklamda Cəbiş müəllim obrazı pul krediti şərtlərinin təqdimatını edir. Süni intellektlə hazırlanan videonun prosesi zamanı müəllif hüquqları ilə bağlı məsələlərin nəzərə alınmadığı bildirilir.

Məsələyə Cəbiş müəllim obrazı ilə tanınmış Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova da münasibət bildirib. O, “Bizim.media”ya açıqlamasında atasının yaratdığı unudulmaz obrazın bu şəkildə kommersiya məqsədləri üçün istifadəsini ürəkağrısı ilə qarşıladığını deyib. S.Ələsgərovanın sözlərinə görə, reklam çarxı hazırlanmazdan əvvəl “Rabitəbank” tərəfindən onlarla heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi ilə bağlı hər hansı razılıq alınmayıb: “Atam ömrünü aktyorluq sənətinə həsr etmiş bir sənətkar idi. Onun yaratdığı Cəbiş müəllim obrazı isə illər keçsə də, insanların yaddaşında yaşayır. “Bizim Cəbiş müəllim” də bizim milli sərvətimizdir. Belə bir əsərin və onun obrazlarının pul qazanmaq məqsədilə reklama çevrilməsi məni çox məyus etdi. “Rabitəbank”ın bu addımını pisləyirəm. Bu, təkcə müəllif hüquqları məsələsi deyil, həm də sənətkara və onun yaratdığı irsə münasibətdir”.

Aktyorun qızı əlavə edib ki, belə hallarda müəlliflərin və onların hüquqi varislərinin razılığı alınmalı, milli-mədəni irsə daha həssas yanaşılmalıdır.

Qeyd edək ki, 1969-cu ildə müharibə-dram janrında çəkilən filmin rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi isə Maqsud İbrahimbəyov olub.скачать dle 11.3
Mojo.az Banner