Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşları Gürcüstandan deport olundu

30.07.2026 18:59 372
Azərbaycan vətəndaşları Gürcüstandan deport olundu
Gürcüstan son günlərdə ölkədə qanunsuz yaşayan 96 xarici vətəndaşı deportasiya edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölkədən çıxarılanlar arasında Azərbaycan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları var. Qaydaları pozan bu şəxslərin bir daha Gürcüstana gəlməsinə qadağa qoyulub.

Bildirilib ki, Gürcüstanda sənədsiz və ya icazəsiz yaşayan xaricilərə qarşı mübarizə sərtləşdirilib. Ölkədə qanunlar dəyişdirildiyi üçün qaydaları pozan əcnəbiləri aşkar etmək və ölkədən çıxarmaq indi daha da asanlaşıb.

Son xəbərlər