İsraildən iddialı qərar: "F-35" qırıcısını üstələyən aparat istehsal edəcək
İsrail ABŞ istehsalı olan "F-35" qırıcısından geri qalmayacaq xüsusiyyətlərə malik yeni döyüş pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd olunub ki, yəhudi dövləti ABŞ-dən alınan hərbi yardımın həcmini azaltmaq və onu silahların birgə hazırlanması, eləcə də istehsalı proqramları ilə əvəzləmək niyyətindədir. Sözügedən plan "F-35" qırıcısı ilə müqayisə oluna biləcək döyüş PUA-sının ərsəyə gətirilməsini nəzərdə tutur. Agentliyin mənbəsi vurğulayıb ki, bu layihənin inkişafında digər dövlətlər də iştirak edə biləcəklər.
Bir müddət əvvəl "Axios" portalında bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 28-də ABŞ Prezidenti Donald Trampla görüşü zamanı qarşıdakı 10 il ərzində ABŞ-nin ölkəsinə etdiyi yardımın həcmini sıfıra endirməyi hədəflədiyini bəyan edib.