Mojo.az Banner
23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |     21:59 Avqustda neçə gün iş olmayacaq?  |     21:53 Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır  |     21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |     21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:34 Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu  |     21:26 Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"  |     21:21 Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"  |     21:13 Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |    
Left Banner
Right Banner

Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"

28.07.2026 21:21 153
Qaqik Xaçatryan:
"Mən uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi Azərbaycandakı kimi heç yerdə qarşılamayıblar".

Bunu Ermənistanın U17 yığma komandasının baş məşqçisi Qaqik Xaçatryan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, komandası yarışda uğursuz çıxış etməyib:

"Bu gün bir finalçımız və bir bürünc medalçımız oldu. Bundan əlavə, bir idmançımız beşinci yeri tutdu. Sabah isə daha iki idmançımız təsəlliverici görüşlərdə final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaq".

Baş məşqçi Bakıda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb:

"Bakı haqqında fikirlərim çox müsbətdir. Təşkilatçılıq çox yüksək səviyyədədir. Mən uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi hər zaman belə qarşılamayıblar. Burada hər şey dəqiq təşkil olunub - əlaqələndirmə, yarışın təşkili, ümumi iş prosesi. Sadəcə, hər şey yüksək səviyyədədir. Mən 20 yaşım olanda da Bakıda olmuşam. O vaxt burada güləşmişdim. Amma həmin dövr tamam başqa idi. İndi isə Bakı çox inkişaf edib. Gözəl yollar, böyük bağlar və parklar salınıb. Şəhər çox xoşuma gəldi. Bu İdman Sarayı (Milli Gimnastika Arenası - red.) da çox gözəldir".

Xaçatryan azarkeşlər barədə də müsbət fikirlər səsləndirib:

"Onlar bizə çox mehriban münasibət göstərirdilər, heç kim mənfi davranmırdı. Azarkeşlər ədalətli mübarizəni, təmiz idmanı dəstəkləyirdilər. Hakimlik də ən yüksək səviyyədə idi. Məncə, ən vacib məqam da elə budur. Bəli, hakimlik həqiqətən çox yüksək səviyyədə idi".
//oxu.azскачать dle 11.3
Mojo.az Banner