Mojo.az Banner
21:59 Avqustda neçə gün iş olmayacaq?  |     21:53 Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır  |     21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |     21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:34 Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu  |     21:26 Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"  |     21:21 Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"  |     21:13 Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |     20:54 Göyçayda yaşıllığa qarşı "soyqırım"la bağlı araşdırma başladı - 1 nəfər saxlanıldı  |     20:44 İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu  |     20:35 Bakıda bəy-gəlin rəqslərinin qiymətləri (SİYAHI)  |     20:22 Rəis müavini olmaq istədi, 64 min manat pul verdi  |     20:17 "Qəbələ"də portuqaliyalı vinger - Rəsmi  |     20:09 5 səhv sual müəllimlərin xeyrinə hesablandı  |     20:01 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb  |     19:56 Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlandı  |     19:50 Sabah 40 dərəcə isti olacaq  |     19:43 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |    
Left Banner
Right Banner

Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır

27.07.2026 12:33 159
Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır
Ekstremal hava hadisələrinin, xüsusilə də isti hava dalğalarının daha tez-tez baş verməsi və intensivliyinin artması iqlim dəyişikliyinin əsas əlamətlərindən biridir.

Bu barədə İtaliyanın Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllimi Massimiliano Fazzini "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, son illərdə Mərkəzi Avropada bir isti mövsüm ərzində orta hesabla beş-yeddi isti hava dalğası müşahidə olunur. Bu dalğaların davametmə müddəti isə demək olar ki, dəyişməyərək təxminən altı-yeddi gün təşkil edir.

Fazzini vurğulayıb ki, iqlim çox sürətlə dəyişir. Onun sözlərinə görə, son 50 ildə Şərqi Avropada orta temperatur təxminən 0.5 dərəcə artıb.

"Lakin bu dəyişikliklərin ən nəzərəçarpan nəticəsi iqlimin ekstremallaşmasıdır. İnsan iyul ayının orta temperaturunun 21 və ya 22 dərəcə olması arasındakı fərqi hiss etmir. Ancaq iqlim müşahidələri göstərir ki, təkcə orta temperatur deyil, ilk növbədə isti hava dalğalarının tezliyi və intensivliyi artır", - deyə iqlimşünas bildirib.скачать dle 11.3
Mojo.az Banner