Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video

25.07.2026 19:53 261
65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video
Zərdabın Dəkkəoba kənd sakini Mirnazim Məmmədov 65 yaşını tamamlamasına baxmayaraq, pensiya hüququndan istifadə edə bilmir.

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, bu iddia ilə Mirnazim Məmmədov çıxış edib.

Onun sözlərinə görə, bu il martın 7-də pensiyaya çıxmaq üçün müvafiq sənədlərini təqdim edib. İlkin olaraq ona bir neçə gün ərzində pensiya kartını bankdan götürə biləcəyi deyilsə də, sonradan adına aktiv əmək münasibətlərinin olduğu məlum olub.

Vətəndaş iddia edir ki, 2020-ci ildə Bakıda işlədiyi dövrdə ona müxtəlif iş vədləri verilərək sənədləri ilə bəzi rəsmiləşdirmələr aparılıb.

Mirnazim Məmmədov məsələnin həll olunduğunu düşünsə də, pensiya üçün müraciət edərkən problemlə üzləşib. Hazırda elektron sistemdə onun adına iki əmək münasibətinin qaldığı bildirilir. Onlardan birində 250, digərində isə 270 manat əməkhaqqı göstərildiyindən sosial müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, Mirnazim Məmmədovun minimum 25 il sığorta stajı və ya 2006-cı ildən sonra formalaşmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Lakin vətəndaşın hazırda aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə müavinətin proaktiv qaydada təyin edilməsi də mümkün deyil. Mövcud qanunvericiliyə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə yaranır.

Hüquqşünaslar bildirirlər ki, hüquqi şəxslə işə götürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkündür. Müqaviləyə ya işəgötrən xitam verə bilər, ya da məhkəm qaydasında həll edilməlidir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən isə qeyd edilir ki, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.скачать dle 11.3
Mojo.az Banner