Mojo.az Banner
18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama

24.07.2026 22:22 717
Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama
Son günlər bəzi informasiya resurslarında və sosial şəbəkələrdə Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən və universitetimizin nüfuzuna kölgə salmağa yönəlmiş paylaşımlar yayımlanır.

Bu barədə Bakı Qızlar Universitetinin müraciətində deyilir.

Qeyd edilib ki, Universitetin bağlanacağı ilə bağlı məlumatlar doğru deyil.

"Biz hesab edirik ki, hər bir ali təhsil müəssisəsinin fəaliyyəti barədə fikir yürüdərkən yalnız rəsmi məlumatlara, obyektiv faktlara və peşəkar yanaşmaya əsaslanmaq lazımdır. Təhsil müəssisələrinin nüfuzuna xələl gətirən əsassız məlumatlar nə təhsilin inkişafına, nə də cəmiyyətin sağlam informasiya mühitinə xidmət edir. İnanırıq ki, Azərbaycan cəmiyyəti maarifçilik ənənələrinə, qadın təhsilinin inkişafına və bu yolda xidmət göstərən elm ocaqlarına hər zaman yüksək dəyər verməyə davam edəcək", - deyə müraciətdə qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Akkreditasiya Şurasının iclasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.

Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.скачать dle 11.3
Mojo.az Banner