Mojo.az Banner
20:15 İspaniyada meşə yanğınları tüğyan edir  |     20:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 100 milyonluq “yeyinti”  |     20:02 Lavrovun İrana səfəri planlaşdırılır  |     19:57 Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |     17:36 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb  |     17:29 Azərbaycanda hakimlərin fəaliyyəti ilə bağlı QƏRAR  |     17:12 ADY: Tbilisi istiqamətində növbəti əlavə vaqonların istismarı üçün iş aparılır  |     17:03 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE  |     16:49 Son altı alda neçə nəfər Azərbaycana ekstradisiya edilib?  |     16:22 Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib  |    
Left Banner
Right Banner

Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)

24.07.2026 18:55 168
Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)
Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi üzrə rayon və şəhərlərin reytinqi məlum olub. Rəsmi statistika göstərir ki, paytaxt bu göstəricidə digər bölgələri böyük fərqlə geridə qoyur. Siyahıda iri şəhərlərlə yanaşı, ticarətin daha aktiv olduğu bir sıra rayonlar da ön sıralarda qərarlaşıb.

Median.Az
xəbər verir ki, Modern.az Dövlət Statistika Komitəsinin "Azərbaycanda ticarət – 2026" statistik məcmuəsinin məlumatlarını təhlil edib.

Statistikaya görə, burada söhbət qiymətlərin bahalığından deyil, əhalinin bir nəfərinə düşən pərakəndə ticarət dövriyyəsindən gedir. Bu göstərici bir nəfərin il ərzində mağaza, market və digər pərakəndə ticarət obyektlərində orta hesabla nə qədər alış-veriş etdiyini göstərir və istehlak səviyyəsinin əsas göstəricilərindən hesab olunur.

Ən çox alış-veriş bu rayon və şəhərlərdə edilir

2025-ci ilin nəticələrinə əsasən, Bakı şəhəri adambaşına düşən pərakəndə ticarət dövriyyəsinə görə ölkə üzrə birinci yerdədir. Paytaxtda hər bir sakinə orta hesabla 17 min 547,9 manatlıq pərakəndə ticarət dövriyyəsi düşür.

Bakıdan sonra Mingəçevir (5 613,8 manat) ikinci, Sumqayıt (5 165,4 manat) üçüncü yerdə qərarlaşıb.

İlk onluğu daha sonra Şirvan (5 067,1 manat), Gəncə (4 997,9 manat), Bərdə (4 825,2 manat), Quba (4 457,4 manat), Hacıqabul (4 374,8 manat), Ağdaş (4 374,1 manat) və Şəki (4 340,0 manat) tamamlayır.

İlk onluğa yaxın rayonlar
Reytinqdə növbəti yerlərdə Xaçmaz (4 327,5 manat), Yevlax (4 289,6 manat), Göyçay (4 114,6 manat) və Tovuz (4 036,8 manat) qərarlaşıb.

Sonrakı yerləri Neftçala (3 874,5 manat), Biləsuvar (3 835,6 manat), Kürdəmir (3 800,9 manat), Göygöl (3 760,6 manat), Lənkəran (3 758,9 manat), Abşeron rayonu (3 755,6 manat), Goranboy (3 665,9 manat), İsmayıllı (3 651,4 manat), Şəmkir (3 601,9 manat) və Naftalan (3 393,4 manat) tutur.

Orta göstəriciyə malik rayonlar

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin bir çox rayonunda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 2,8-3,4 min manat arasında dəyişir.

Bu qrupa Balakən (3 338,0 manat), Cəlilabad (3 290,9 manat), Ucar (3 215,7 manat), Saatlı (3 110,7 manat), Ağcabədi (3 101,3 manat), Salyan (3 061,1 manat), İmişli (3 008,7 manat), Masallı (2 997,9 manat), Qax (2 960,3 manat), Ağstafa (2 948,3 manat), Tərtər (2 944,2 manat), Qusar (2 884,3 manat), Sabirabad (2 881,9 manat), Ağsu (2 878,3 manat), Beyləqan (2 831,3 manat), Qəbələ (2 779,8 manat), Oğuz (2 733,3 manat), Siyəzən (2 727,3 manat), Gədəbəy (2 709,9 manat) və Daşkəsən (2 666,1 manat) daxildir.

Ən aşağı göstəricilər

Reytinqin sonlarında isə Astara (2 496,0 manat), Qobustan (2 143,6 manat), Şabran (2 108,2 manat), Samux (2 071,1 manat), Xızı (1 808,3 manat), Zərdab (1 807,0 manat), Lerik (1 572,0 manat), Yardımlı (1 248,1 manat), Füzuli (814,5 manat) və Ağdam (723,9 manat) yer alır.

P.S: Qarabağ bölgəsində yerləşən Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan üzrə göstəricilər statistik məcmuədə təqdim edilməyib.скачать dle 11.3
Mojo.az Banner