Mojo.az Banner
13:18 Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər  |     13:08 Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB  |     12:45 Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi  |     12:38 "İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR  |     12:06 Azərbaycanda zəlzələ oldu  |     11:54 Gəncədə avtomobil təmiri sexində meyit tapılıb  |     11:42 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     11:35 Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |     21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |    
Left Banner
Right Banner

Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi

24.07.2026 12:45 93
Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi
Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

İclas tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı da öz növbəsində çıxış edib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2-ci (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi, həmin sənədlərdən istifadə) maddələri ilə ittiham olunurlar.скачать dle 11.3
Mojo.az Banner