Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

24.07.2026 12:38 675
Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sözügedən qərar hər iki tərəfin məhkəmə iclasının yenidən qapalı keçirilməsi barədə verdiyi vəsatət üzrə qəbul olunub.

Zərərçəkən tərəfin prosesin qapalı keçirilməsi üçün verilən vəsatəti sosial şəbəkədə paylaşılan postlarda yazılan mənfi rəylərlə bağlı olub.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə də vəsatəti əsaslandırarkən deyib ki, prosesdə azyaşlılar şahid qismində ifadə verəcəklər. Həmçinin o bildirib ki, proseslə bağlı xəbərlər yayımlananda sosial şəbəkədə təqsirləndirilən şəxsin və onun ailəsinin barəsində nalayiq rəylər yazılır. Vəkil bu səbəbdən prosesin qapalı keçirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib, prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul olunub.

Qərarda göstərilib ki, ədalət mühakiməsinin aparılması və şəxslərin sərbəst ifadə verməsi üçün proses qismən qapalı keçiriləcək. Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Son xəbərlər