Mojo.az Banner
18:58 Dondurulmuş çörək təzə çörəkdən daha faydalı ola bilər: Səbəb nədir?  |     18:38 Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi  |     18:08 "Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?  |     18:01 16 yaşlı Günay dünya universitetlərinə qəbul şansı və yüksək təqaüd qazandı  |     17:46 Çexiyada hərbi helikopter qəzaya uğradı: Ölən var  |     17:36 Ətin qiyməti niyə od tutub yanır?  |     17:30 "Qiyamət günü" radiosu yenə efirə çıxdı - Müəmmalı mesaj  |     17:21 Ən ağıllı bürclər: Siyahıda kimlər var?  |     17:08 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq  |     16:57 Şahin Şıxlinski və oğlunun hansı həbsxanada cəza çəkəcəkləri bəlli olub  |     16:39 "Qarabağ" və "Zirə"nin bugünkü oyunlarını hansı kanallar yayımlayacaq?  |     16:05 Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI  |     15:50 Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - Video  |     15:37 "Barselona" Kərim Adeyemini TRANSFER ETDİ  |     15:33 İmişlidə yanğın törədən şəxs cəzalandırıldı  |     15:29 Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK  |     15:27 Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər edildi  |     14:40 Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI  |     14:39 Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir  |     14:37 Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ  |    
Left Banner
Right Banner

ÜST-dən həyəcan təbili: Bu virus yenidən tüğyan etməyə başladı

23.07.2026 13:01 120
ÜST-dən həyəcan təbili: Bu virus yenidən tüğyan etməyə başladı
Konqo Demokratik Respublikası və Uqandada qeydə alınan Ebola qızdırması epidemiyası nəticəsində həyatını itirənlərin sayı min nəfəri ötüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, təkcə KDR-də 999 nəfər xəstəlikdən ölüb.

Uqandada isə daha 2 ölüm faktı qeydə alınıb. Yoluxmanın təsdiq olunmuş ümumi sayı isə 2494 nəfərə çatıb.

ÜST-dən bildirilib ki, virusun yayılmasına qarşı mübarizə tədbirlərinin sürəti hələ də epidemiyanın miqyasına uyğun gəlmir. Təşkilat səylərini təhlükəsiz dəfn mərasimlərinin təşkili, xəstələrin daşınması sisteminin təkmilləşdirilməsi və ən çox zərər çəkmiş bölgələrdə kliniki müalicə imkanlarının genişləndirilməsinə yönəldib.

Xəstəlik KDR-in 5 əyalətini əhatə edib. Ən gərgin vəziyyət bütün yoluxmaların 89%-dən çoxunun və ölümlərin təxminən 84%-nin qeydə alındığı İturi əyalətində qalmaqdadır.

Xatırladaq ki, may ayında ÜST KDR və Uqandadakı Ebola epidemiyasını digər dövlətlər üçün də təhlükə yaradan fövqəladə vəziyyət elan etmişdi. Qurum infeksiyanın regionda daha da yayılma ehtimalını hələ də yüksək qiymətləndirir.скачать dle 11.3
Mojo.az Banner