Mojo.az Banner
19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |     18:14 Manatın məzənnəsi xarici valyutaları üstələdi  |     16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü

22.07.2026 22:41 297
Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
Azərbaycanla Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.

Bu barədə razılıq cari ilin 8–9 aprel tarixlərində Bakıda, Azərbaycan–Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya uyğun olaraq, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu 1 may tarixindən etibarən sistemin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb və proses uğurla başa çatdırılıb.

İnteqrasiya prosesinin tamamlanmasından sonra tərəflər arasında elektron icazə blanklarından istifadə edilməklə ilk pilot daşımalar uğurla həyata keçirilib. Pilot mərhələsinin müsbət nəticələrinə əsasən, sistemin aktiv tətbiqinə başlanılması məqsədilə tərəflər arasında ilkin olaraq 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd üçüncü ölkə elektron icazə blankı mübadilə edilib və həmin elektron icazə blanklarının daşıyıcılara təqdim edilməsinə başlanılıb.

Bununla da Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Bundan əvvəl elektron icazə sistemi Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan ilə uğurla tətbiq edilirdi.

Daşıyıcılar e-xidmet.ayna.gov.az portalına daxil olmaqla elektron icazə blanklarını olduqları yeri tərk etmədən, günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər. Bu, daşıyıcılara icazə blanklarını istənilən vaxt məsafədən əldə etmək imkanı yaratmaqla yanaşı, xidmətlərin operativliyini daha da artırır.

Elektron icazə sisteminin tətbiqi icazələrin əldə edilməsini sürətləndirir, inzibati prosedurları sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq yük daşımalarında rəqəmsallaşmanın genişləndirilməsinə xidmət edir.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner