Mojo.az Banner
13:01 "Qarabağ"ın rəqibinin futbolçusu: "Bizim üçün heç-heçə məğlubiyyətə bərabərdir"  |     12:51 "Arzum" həbsdən BURAXILDI  |     12:45 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi  |     12:39 Qızıl və gümüş bahalaşmaqda davam edir  |     12:25 Alkoqolsuz içki adı ilə ölkəyə ölkəyə külli miqdarda psixotrop maddə keçirmək istədilər - Video  |     23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |     22:40 "AliExpress" 629 milyon dollar cərimələndi  |     22:32 Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI  |     22:25 İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?  |     22:20 Bu avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi  |     22:13 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!  |     22:07 İranda valyuta böhran: 1 manat 1 milyona yaxındır  |     21:59 Baş Prokurorluq məlumat yaydı  |     21:53 Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE  |     21:45 Ən şanslı olacaq 3 bürc  |     21:40 Ağıllı saatla dənizdə üzmək olarmı?  |     21:31 İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     21:18 Küveyt İran səfirinə etiraz notası verdi  |    
Left Banner
Right Banner

20 manat istədi, 700 manat götürdü - Bakıda qeyri-adi soyğunçuluq

21.07.2026 19:51 123
20 manat istədi, 700 manat götürdü - Bakıda qeyri-adi soyğunçuluq
Bakıda qeyri-adi soyğunçuluq hadisəsi baş verib.

Sərnişin kimi mindiyi avtomobildə əvvəlcə sürücüdən 20 manat istəyən qadın, pul qabı çıxarılan anda onun əlindəki vəsaiti götürüb. Ardınca isə sürücünün pulu geri tələb edəcəyi halda özünü avtomobilin altına atacağını və polisə şikayət edəcəyini bildirərək hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Müttəhim məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü Sahil qəsəbəsində avtobus dayanacağında olarkən "Kia Rio” markalı avtomobili saxladaraq sürücüdən onu Bakı istiqamətində aparmasını xahiş edib.

Bir qədər yol getdikdən sonra sürücüyə maddi vəziyyətinin çətin olduğunu və 20 manata ehtiyacı olduğunu deyib. Sürücü pul vermək üçün pul qabını çıxardığı zaman qadın daha çox vəsait olduğunu görüb və həmin pulları götürüb. Təqsirləndirilən şəxsin ifadəsinə görə, pullar avtomobilin salonuna dağılıb, o da onları toplayaraq avtomobildən düşüb. Sürücünün vəsaiti geri istəməsinin qarşısını almaq üçün isə özünü maşının altına atacağını və polisə müraciət edəcəyini bildirib. Daha sonra yaşadığı ünvana gedib və götürdüyü pulu sayarkən məbləğin 700 manat olduğunu müəyyən edib.

Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu, maddi çətinlik səbəbindən bu addımı atdığını bildirib. O, zərərçəkmişlə barışdığını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş isə məhkəmədə bildirib ki, hadisə günü idarə etdiyi "Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən dayanacaqda əl edən qadını götürüb. Qadın yolda ondan 20 manat pul istəyib. O, pul vermək üçün pul qabını çıxararkən qadın əlindəki digər vəsaitlərə əl atıb.

Zərərçəkmişin sözlərinə görə, pullar avtomobilin içinə dağılıb və qadın onları topladıqdan sonra geri qaytarmaq tələb ediləcəyi halda özünü avtomobilin altına atacağını deyib. O, hadisə yerindən uzaqlaşaraq "102” xidmətinə məlumat verib. Daha sonra 700 manatının olmadığını müəyyən edib.

O, məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun ibtidai istintaq dövründə saxlanıldığı 2 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner