Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Jezuş Ronaldunun Portuqaliya millisindəki gələcəyinə aydınlıq gətirib

10.07.2026 20:56 453
Jezuş Ronaldunun Portuqaliya millisindəki gələcəyinə aydınlıq gətirib
Portuqaliya milli komandasının yeni baş məşqçisi təyin edilmiş, daha əvvəl "Ən-Nəsr"ə rəhbərlik etmiş Jorji Jezuş Kriştianu Ronaldunun yığmadakı gələcəyi barədə açıqlama verib.

Median.Az
Sport24-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Kriştianu ilə hələ danışmadığını bildirib.

Xatırladaq ki, DÇ-2026-nın 1/8 finalında İspaniyaya məğlubiyyətdən (0:1) sonra 41 yaşlı futbolçu bunun onun üçün son dünya çempionatı olduğunu bildirmiş, lakin millidəki karyerasını tamamilə bitirdiyini təsdiqləməkdən imtina etmişdi.

Jorji Jezuş qeyd edib:

"Kriştianu ilə hələ danışmamışam. O, nə milli komanda üçün, nə də mənim üçün problem olacaq. Hər kəs ona bir futbolçu kimi və ya ətrafındakı söz-söhbətlərə görə fərqli yanaşa bilər. Hər hansı bir qərar qəbul etməli olduqda, onunla danışacağam. Amma təkcə onunla yox - bütün futbolçularla fərdi şəkildə ünsiyyətdə olacağam. O, Portuqaliya futbolunun, millinin və bütövlükdə ölkənin rəmzidir. Bu, əbədi olaraq tarixdə qalacaq. Onunla işləmək mənim üçün çox xoş olub. Sərhədlərin haradan keçdiyini anlayanda onunla işləmək olduqca asandır. Bu, məşqçi və oyunçu münasibətidir. Hər şey sadə olacaq, lakin bundan sonra nə etmək istədiyi həmişə onun özündən asılıdır. Bilirəm ki, o, "Ən-Nəsr"də oynamağa davam etmək istəyir. Nə qədər ki o, oynayır və milli komandaya çağırılmaq üçün tələblərə cavab verir, mən onu yığmaya dəvət edəcəyəm - komanda üçün ən yaxşı hesab etdiyim rolda və şərtlərlə".

Son xəbərlər