Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Prezident Şuşa ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi

08.07.2026 16:47 432
Prezident Şuşa ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi
Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilib.

Bu barədə Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı müvafiq Fərmanla isə sözügedən məsələlərə razılıq vermək səlahiyyəti Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə verilib.

Son xəbərlər