Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı

07.07.2026 21:41 498
Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində iki fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkar olunub.

Daha bir nəqliyyat vasitəsində isə gömrük orqanına bəyan edilməyən 55 ədəd üzərində "Zoladex 3.6 mg" yazısı olan dərman vasitəsi aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər