Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerin orbital sürəti minimumadək yavaşlayacaq

06.07.2026 13:06 531
Yerin orbital sürəti minimumadək yavaşlayacaq
İyulun 6-da Yerin öz orbiti üzrə hərəkət sürəti il ərzində ən aşağı həddə enəcək. Həmin gün planetimiz Günəşdən ən uzaq nöqtədə yerləşəcək.

Median.Az
TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva Planetarisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yerin orbiti elliptik formaya malik olduğundan planetimiz hər il təxminən eyni vaxtlarda Günəşə maksimum dərəcədə yaxınlaşır (yanvarda) və ondan ən uzaq məsafəyə çatır (iyulda).

İyulun 6-da Yer afeli - Günəşdən ən uzaq nöqtəni keçəcək. Həmin vaxt Yer ilə Günəş arasındakı məsafə 152 093 251 kilometr olacaq.

"Yerin orbiti elliptik formada olduğu üçün onun orbital sürəti il ərzində dəyişir. 2026-cı ildə Yer planeti afeli nöqtəsindən iyulun 6-da keçəcək. Həmin gün Yerin orbital sürəti minimum olacaq. Eyni zamanda, Günəşin Yerdən görünən diametri də il ərzində ən kiçik həddə enəcək", - deyə Moskva Planetarisindən bildirilib.

Məlumata görə, iyulun 6-da Yerin orbital sürəti saniyədə 29.27-29.29 kilometr olacaq. Günəşə ən yaxın nöqtə olan perigeli zamanı isə bu göstərici saniyədə 30.27-30.29 kilometrə çatır.

"Bu fərq Keplerin ikinci qanunu ilə izah olunur. Planet Günəşə yaxın olduqda daha sürətlə, ondan uzaqlaşdıqda isə daha yavaş hərəkət edir", - deyə astronomlar bildiriblər.

Son xəbərlər