Mojo.az Banner
14:03 Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildi (Yenilənib)  |     14:01 "Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım  |     12:19 Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi  |     12:07 Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT  |     12:06 Azərbaycan nefti ucuzlaşıb  |     12:03 Ötən il fermerlərə 280 milyon manat ödənilib - RƏSMİ  |     12:00 Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması  |     11:44 Həkim Şakir Babayev vəfat etdi  |     11:42 İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - Video  |     11:37 33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib - FOTO  |     11:33 Şəkidə AĞIR QƏZA: Ölən və yaralananlar var  |     11:27 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     23:04 Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər - Ekspert  |     22:59 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur  |     22:51 Partlayışda xəsarət alan həkim öldü  |     22:49 Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə  |     22:37 Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır  |     22:34 Cəlilabadda gənc müəllim vəfat etdi  |     22:05 CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?  |     22:00 Musa Qurbanlı üçün mövsüm bitdi  |    
Left Banner
Right Banner

Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI

27.12.2024 16:27 666
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını təqdim edib.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin fəzada cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.

Yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq.

Yay günəşduruşu günü Yerin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Gündüz və gecənin uzunluğu ekvatorda ilboyu dəyişməyib 12 saat qalır, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik yay, Cənub yarımkürəsində isə astronomik qış başlayır. 2025-ci ildə yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olacaq.

Payız bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik payız, Cənub yarınkürəsində isə astronomik yaz başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana sentyabrın 22-si saat 22:19-da daxil olacaq.

Qış günəşduruşu günü isə Yerin Cənub yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Həmin gün Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayır. 2025-ci ildə qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03-də daxil olacaq.

Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal yarımkürəsində qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə yay fəsli daha mülayim keçir. Bu il Yer kürəsi perihelidən yanvarın 4-ü saat 17:28-də (147 103 686 km), afelidən isə iyulun 3-ü saat 23:54-də (152 087 738 km) keçəcək.скачать dle 11.3
Mojo.az Banner