Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Azərbaycan və Türkiyə ilə enerji sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışdı

02.07.2026 15:14 615
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışdı
"Azərbaycan və Türkiyə ilə elektrik ötürücü xətlərinin qurulması Ermənistanın enerji təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərəcək".

Median.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Hökumət başçısının sözlərinə görə, "Sülh kəsişməsi" layihəsinin icrası, nəqliyyat kommunikasiyalarının açılması fonunda, nəqliyyat əlaqələrinin təmin edilməsi ilə yanaşı, Azərbaycan və Türkiyə daxil olmaqla, enerji sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi də böyük əhəmiyyət daşıyır.

"Söhbət elektrik ötürücü xətlərinin və birləşdiricilərin inşasından gedir ki, bu da həm enerji təhlükəsizliyinə, həm də yaşıl enerjiyə keçidə təkan verə bilər", - deyə Paşinyan vurğulayıb.

Ursula fon der Lyayen isə öz növbəsində hazırda güzəştli qiymətlərlə alınan Rusiya qazının bahalaşması ehtimalına toxunaraq, bu məsələyə sistemli və çoxtərəfli yanaşmanın tələb olunduğunu qeyd edib.

Avropa Komissiyasının rəhbərinin bildirdiyinə görə, bu məqsədlə gələn həftə Avropa İttifaqından (Aİ) olan ekspertlər qrupu enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsi yollarını araşdırmaq üçün Ermənistana səfər edəcək.

O əlavə edib ki, bu prosesdə Aİ Ukrayna və Moldovanın təcrübəsindən yararlanacaq.

"Enerji sistemləri arasında yeni əlaqə marşrutları açmaqla və daha dayanıqlı regional enerji şəbəkələri yaratmaqla regionun enerji təhlükəsizliyinə sərmayə yatırırıq", - deyə fon der Lyayen bildirib.

O, həmçinin Aİ-nin bərpa olunan enerji istehsalı sahəsində Ermənistana dəstək verdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Ursula fon der Lyayen Bakıya səfəri zamanı Aİ-nin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün 200 milyon avro ayıracağını bəyan etmişdi.

Son xəbərlər