Mojo.az Banner
12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |     12:10 Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"  |     11:49 Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama  |     11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |    
Left Banner
Right Banner

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

30.06.2026 19:49 231
Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək
Sabah itkin dşümüş və şəxsiyyəti müəyyənləşdirilən daha 6 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.

Bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib:

"Təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş adlı şəhid məzarlarının məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib. 377 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib".

Ədalət Həsənov bildirib ki, iyulun 1-də və 3-də daha 6 nəfər itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək.скачать dle 11.3
Mojo.az Banner