Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 9 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

30.06.2026 13:15 411
Bakıda 9 yaşlı qız 5-ci mərtəbədən yıxıldı
Bakıda 9 yaşlı qız binadan yıxılıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu Şərq küçəsindəki yaşayış binasında baş verib.

Həmin mənzildə yaşayan 2017-ci il təvəllüdlü M.Mərciyeva yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

Xəstəxanaya yerləşdirilən M.Mərciyevanın vəziyyəti ağırdır.

Son xəbərlər