Mojo.az Banner
21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |     20:40 Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI  |     20:39 Yunanıstan Azərbaycandan neft idxalını artırıb  |     20:28 TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA  |     20:23 Bu şəhər yeni Dubaya çevrilə bilər: Dəbdəbəli istirahəti harada axtarmaq olar?  |     20:08 MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə  |     20:06 Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir  |     19:57 Əli Baxışov Avropa çempionatında ikinci oldu  |     19:45 Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib  |     19:33 Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO  |    
Left Banner
Right Banner

Nazirdən qərar: Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi

29.06.2026 16:08 318
Nazirdən qərar: Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi
Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Ümumi müddəalar

Qərara əsasən, bu Qaydalar məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində təhsilalanların mobil və elektron cihazlardan istifadə qaydalarını tənzimləyir.

Mobil və elektron cihazlar dedikdə səsli və görüntülü rabitə, internetə çıxış, məlumatın emalı, saxlanılması və ötürülməsi, oyunların oynanılması, habelə multimedia funksiyalarının icrası üçün istifadə olunan mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər analoji daşına bilən elektron qurğular nəzərdə tutulur.

Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Mobil və elektron cihazlardan istifadəyə dair tələblər

Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan edilib.

Müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.

Təhsilalanlar dərs (məşğələ) zamanı mobil və elektron cihazlardan yalnız təhsilverənin icazəsi ilə və onun nəzarəti altında tədris məqsədləri üçün (elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri məqsədilə istifadə və s.) köməkçi vasitə kimi istifadə edə biləcəklər.

Təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə biləcəklər.

Nəzarət

Müəssisədə bu Qaydaların icrasına nəzarət müəssisənin daxili intizam qaydaları ilə müəyyən ediləcək.

Bu Qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi tərəfindən 1 iş günü müddətində təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) bu barədə məlumatlandırılacaq və qabaqlayıcı tədbirlər (təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə birgə müzakirənin keçirilməsi, təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi və s.) həyata keçiriləcək.

Maarifləndirmə

Müəssisə rəhbərliyi tərəfindən təhsilalanlar, təhsilverənlər və valideynlər (və ya digər qanuni nümayəndələr) üçün rəqəmsal həllər, informasiya təhlükəsizliyi, elektron oyunlar zamanı diqqət yetirilməli olan məqamlar, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi mövzularında mütəmadi maarifləndirmə tədbirləri təşkil ediləcək.

Qərarın hüquqi qüvvəsi

Elm və təhsil naziri Emin Əmrullayevin iyunun 2-də imzaladığı qərar iyunun 26-dan qüvvəyə minib.скачать dle 11.3
Mojo.az Banner