Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda ev yandı

27.06.2026 18:55 369
Cəlilabadda ev yandı
Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi qəfil alovlanaraq tamamilə yanıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər