Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda azyaşlı əlil arabasından yıxılaraq öldü

25.06.2026 19:38 393
Naxçıvanda azyaşlı əlil arabasından yıxılaraq öldü
Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.

Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Azyaşlı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Son xəbərlər