Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO

24.06.2026 13:21 1 266
Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO
Bakı-Tbilisi-Bakı sərnişin qatarının biletlərində ucuzlaşma qeydə alınıb.

Median.Az
"Trend"ə istinadla xəbər verir ki, bəzi kateqoriyalar üzrə qiymətlərdə azalma müşahidə olunur.

Məlumata əsasən, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.8 manata düşüb.

Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif biletləri isə 180 manatdan 177 manata qədər ucuzlaşıb.


Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri beynəlxalq hesablaşma mexanizminə əsasən müəyyən olunur.

Belə ki, tariflər Gürcüstanla hesablaşmalar çərçivəsində İsveçrə frankının yerli məzənnəyə nisbətinə uyğun formalaşır. Yəni İsveçrə frankının məzənnəsindəki dəyişikliklər bilet qiymətlərinə də birbaşa təsir göstərir.

Qeyd edək ki, "AZCON Holding" şirkətlərindən olan ADY 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişindaşımalarını bərpa edib. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır.

Son xəbərlər